Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия







Bütün video xəbərlər ...


“CATEF 2013” Xəzər Beynəlxalq “Su texnologiyaları” sərgi və forumunun uğurlu debütü

11 aprel tarixində Bakı Ekspo Mərkəzində Birinci Xəzər Beynəlxalq “Su texnologiyaları” (“САТЕF 2013”) sərgisi öz işinə başladı.

“САТЕF 2013” sərgisi Xəzər regionunda yeganə ixtisaslaşmış tədbirdir ki, burada su texnologiyaları sahəsinin nailiyyətləri nümayiş etdirilir. Sərgi “Azərsu” ASC-nin təşəbbüsü və fəal köməkliyi ilə təşkil olunub, təşkilatçılıq işləri üzrə tərəfdaş qismində isə “Iteca Caspian” MMC çıxış edir.

Sərginin 11 aprel tarixində baş tutmuş rəsmi açılış mərasimində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon çıxış etdilər.

Öz çıxışında Q. Hüseynov qeyd etdi ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrini təmsil edən çoxsaylı dünya şirkətlərinin fəaliyyəti üçün uğurlu biznes mühiti yaradılıb. “Sözsüz ki, sərgi işgüzar görüşlər və təcrübə mübadiləsi üçün əla imkan yaratmaqla, bu sahənin inkişafında mühüm rol oynayır. Vacib məqam ondan ibarətdir ki, bu tədbir məşhur dünya markalarını bir araya gətirmiş və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaratmışdır. Xəzər Beynəlxalq “Su texnologiyaları” forumunun keçirilməsi isə buna ikiqat kömək edir.”

Cənab E. Stroon sərgi iştirakçılarını salamlayaraq Xəzər regionunda birinci sahə sərgisinin əhəmiyyətini vurğuladı və göstərdiyi köməkliyə və dəstəyə görə “Azərsu” şirkətinə öz minnətdarlığını bildirdi. Sonra sərgi üzrə “VİP”-tur keçirildi.

Sərginin elə ilk günündə Azərbaycan Respublikası Prezidenti Zati-aliləri İlham Əliyev “CATEF 2013” sərgisinin ekspozisiyası ilə tanış oldu. Dövlət başçısına məlumat verərkən, “Azərsu” ASC-nin sədri Q. Hüseynov qeyd etdi ki, ölkənin su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən irimiqyaslı layihələr və yeni texnologiyaların tətbiq edilməsinin perspektivləri sərmayədarların bu regiona marağını daha da artırır. Bu sahənin aparıcı nümayəndələrinin iştirakı ilə keçirilən “CATEF 2013” sərgisi də buna əyani sübutdur.

Cənab Prezident bir neçə stendi ziyarət edərək iştirakçıların Bakıya gətirdikləri müxtəlif texnologiyalarla tanış oldu. Ölkə başçısı “Azərsu” şirkətinin stendini də ziyarət etdi və orada Bakı, Abşeron yarımadası və rayonlarda həyata keçirilən layihələr haqqında məlumatları dinlədi.

Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı “CATEF 2013” birinci Xəzər Beynəlxalq “Su texnologiyaları” sərgi və forumuna uğurlar arzuladı və belə bir fikir söylədi ki, bu sərgi Azərbaycanda hər il keçirilən tədbirə çevrilməlidir.

Su texnologiyaları sərgisinin uğurlu debütündə 23 ölkədən 79 şirkət iştirak edir. İştirakçıların 50%-dən çoxunu xarici şirkətlər təşkil edir və onların arasında “Awas” (Almaniya), “DOW” (ABŞ), “Duktus” (Avstriya), “Ekoton” (Rusiya), “Grundfos” (Danimarka), “Herrenknecht” AG (Almaniya), “Hyundai” (Cənubi Koreya), “Hungarian Water Cluster” (Macarıstan), “Krohne” (Almaniya), “Nippon Koei” (Yaponiya), “Nordic Su-EMO” (İsveçrə), “PWT” (Almaniya), “Samsun Makina” (Türk), “Süveyş Environnement” (Fransa), Xylem (İsveç) və s. şirkətlər var.

Yerli iştirakçılar bu sahənin aparıcı şirkətləri - “Akkord Azərbaycan”, Azərsutəchizattikinti, “Aquatech/Esli”, “NJT 2000”, Sumqayıt Texnoloji Parkı və digər müəssisə və təşkilatlar tərəfindən təmsil olunmuşlar.

12 aprel tarixində “Hilton Baku” otelində 200 nəfərdən çox nümayəndəni bir araya gətirən Xəzər Beynəlxalq “Su texnologiyaları” forumu öz işinə başladı. Dörd mövzulu iclasdan ibarət olan bu forum eyni vaxtda “Hilton Baku” otelinin 4 zalında həyata keçirilir. Forumun sonunda müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

Forumu açan plenar iclas zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov öz çıxışına davam etməzdən əvvəl, Azərbaycan Respublikası Prezidentinin “CATEF 2013” sərgi və forumunun iştirakçılarına ünvanlanmış salamlama məktubunu oxudu.



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  22/06/2017 23/06/2017
USD 1.7022 1.7022
EUR 1.9015 1.8999
GBP 2.1569 2.1620
RUR 0.0283 0.0285
HAVA



CATEF is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek